Google Talk — həm mətn, həm də səsli rabitəni təmin edən ani mesajlaşma xidməti. Bu ani mesajlaşma xidməti istifadəçilər arasında "Gchat", "Gtalk" və ya "Gmessage" kimi müxtəlif şəkillərdə adlandırılırdı. "Google Talk" həm də əvvəllər "Google" tərəfindən xidmətdən istifadə etmək üçün təklif edilən müştəri proqramlarının adı idi. "Google Talk" proqramları "Microsoft Windows", "Android", "BlackBerry OS", "BlackBerry 10" və "ChromeOS" əməliyyat sistemləri üçün mövcud idi. "Google Talk" mobil veb proqramı da əvvəllər mövcud idi. 2015-ci ilin fevral ayında "Windows" müştərisinin fəaliyyəti dayandırılmış, "Google" istifadəçilərə bunun əvəzinə "Google Hangouts"dan istifadə etməyi tövsiyə etmişdir. "Windows" müştərisinin istifadəçilərinə "Chrome" brauzer platformasında "Google Hangouts" tətbiqinə keçmək məsləhət görülmüşdür.
Developed by StudentB